Neftçalada 3 min manatlıq dəniz məhsulları oğurlandı

Neftçala rayonu ərazisində yerləşən yardımçı təsərrüfatların birindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 28-də qeyd olunan oğurluq hadisəsini törədərək zərərçəkmişə məxsus yardımçı təsərrüfatdan 2000 manat pul və 3000 manat dəyərində dəniz məhsulları oğurlamaqda şübhəli bilinən Bankə qəsəbə sakini Hüseynbala Hüseynov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq hadisəsini etiraf edib.

Faktla əlaqədar Neftçala RPŞ-də cinayət içi açılıb, araşdırmalar aparılır.

 Şölə Beyləqanlı (Ş Hüseyinova)