Naxçıvan-Məşhəd beynəlxalq sürət qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək

16/15 saylı Naxçıvan – Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova “APA-Economics“ə bildirib ki, qatar aprelin 5-dən həftədə bir  dəfə – Naxçıvandan həftənin IV günləri,  aprel 7-dən Məşhəddən həftənin  VI günləri saat yola düşəcək.