NASA Marsın görüntülərini yaydı – Video

NASA Marsın “Curiosity” aparatı vasitəsi ilə çəkilmiş panoram görüntüsünü yayımlayıb.

Milletcilik.az xəbər verir ki, görüntü Qeyl kraterinin Vera Rubin dağ silsiləsindən çəkilmiş fotoşəkillərdən ibarətdir.

Çəkiliş Marsda qış gündönümündən qısa bir müddət əvvəl baş tutduğundan planetin səmasının açıq olması kadrlarda çoxlu detalların əks olunmasına şərait yaradıb.

Qeyd edək ki, “Curiosity” avtonom kimyəvi laboratoriyaya malik olan üçüncü nəsil Mars roveri sayılır. 2018-ci ilin əvvəlində rover Mars planetinin 18 kilometrliyindən keçib.