Naftalanda bıçaqlanma olub

Naftalan şəhərində bıçaqlanma olub.

Millətçilik.az-ın məlumatına görə, 1980-ci il təvəllüdlü yerli sakin Məmmədov Habil İlyas oğlu çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Onun hansı şəraitdə bıçaq xəsarətləri aldığı isə hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.