Nəcməddin Sadıkov İslam ölkələrinin Antiterror Hərbi Koalisiyası Mərkəzində olub

Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti İslam ölkələrinin Antiterror Hərbi Koalisiyası Mərkəzində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, N.Sadıkov ilə qurumun rəhbərliyi arasında keçirilən görüşdə mərkəzin strukturu, əsas məqsədi və tapşırıqları, prioritet fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.