Müdafiə naziri Türkiyə Quru Qoşunları Məktəbində olub

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Quru Qoşunları Məktəbini ziyarət edib. Nazir məktəbin rəhbərliyi və burada təhsil alan azərbaycanlı kursantlar ilə görüşüb.mudafie naziri turkiye quru qosunlari mektebinde olub

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, nazir məktəbin fəaliyyəti və buradakı təlim-tədris prosesi barədə ətraflı məlumatlandırılıb. Nazir kursantlarımızın hazırlıq səviyyəsi ilə maraqlanıb və onlara öz tövsiyələrini verib.

Görüşdən məmnunluğunu ifadə edən Z. Həsənov ölkələrimizdə ordu quruculuğu prosesində hərbi təhsil ocaqlarının rolunu xüsusi vurğulayıb.

Sonda Azərbaycan nümayəndə heyəti kursantlarla birgə nahar edib.