MSK prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb: Bülletenlərin mütləq əksəriyyəti sayılıb, İlham Əliyev 86 faiz səs toplayıb

Bu gün keçirilən prezident seçkilərində 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsindən 5 min 201  seçki məntəqəsi, yəni seçki məntəqələrinin 92,2 faizi hesabat verib.

Milletcilik.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bunu bu gün keçirilən mətbuat konfransında bildirib.