MOSKVANIN ÜÇÜNCÜ YOLU

Torpağlarımızı işğal etmiş “ermənistan” adlı Rusiya Federasiyasının hərbi bazasının (heç bu əraziyə “Rusiya müstəmləkəsi” deməyə də adamın dili gəlmir) oyuncaq “prezidenti” Serjik Sərgisyan Moskvada öz ağası ilə görüşdə idi.

HƏRBİ CANİ OLAN QULUN ÖZ AĞASI İLƏ GÖRÜŞÜ

         Bu hərbi caninin Moskva səfərini yalnız belə izah etmək olar ki, bu dığacıq bir həftə əvvəl Tehranda Azərbaycan və Rusiya prezidentlərinin bağlı qapı arxasında apardıqları söhbətlərin nəticəsi ilə maraqlanır. Həmçinin, qul olaraq Kremldəki ağalarından növbəti əmrləri gözləyir.

         Həmçinin, erməni dığasını digər məsələ də narahat edir. Virtualaz.org saytının yazdığına görə, ötən həftə sonu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Vladimir Putinlə görüşü zamanı  bu məsələni də müzakirə edəcəyini jurnalistlərə açıqlamışdı. Ərdoğanla Putinin Soçidəki təkbətək görüşü planlaşdırılandan dəfələrlə uzun-2 saat yarımdan çox çəkib. Hətta Rusiya-Türkiyə Yüksək səviyyəli Strateji Tərəfdaşlıq Şurasının üzvü olan xarici işlər naziri Mövlud Çavuşoğlu da bu görüşə buraxılmayıb. Rusiya mətbuatı yazır ki, Çavuşoğlu prezidentlərin təkbətək görüşünün başa çatmasını gözləyərkən vaxtını dəhlizdə o tərəf-bu tərəfə gəzişməklə və qarşısına çıxan jurnalistlərə müsahibələr verməklə keçirməli olub.

         Prezidentlər bu təkbətək görüşdə nədən danışıblar, əlbətdə, bu sirr olaraq qalır. Lakin Türkiyə-Rusiya yaxınlaşmasının bütöv Avrasiya regionunda, hətta dünyada geosiyasi xəritənin yenidən çizilməsi ilə müşaiyət olunur. Türkiyə Qərbdən uzaqlaşaraq Rusiyanın liderliyində yenidən formalaşan Avrasiya blokuna doğru meyllənir. Və Türkiyə-Rusiya yaxınlaşması kontekstində Qarabağ məsələsinin prezidentlərin danışıqlarında gündəmə gəlməsi erməni tərəfinin bütün hay-küyünə baxmayaraq qaçılmazdır. Baxmayaraq ki, görüşün mətbuata açıq hissəsində, prezidentlərin birgə brifinqində Qarabağ haqda bir kəlmə də danışılmadı.

         Diqqəti çəkən məqam eyni vaxtda Azərbaycanda geniş miqyaslı hərbi təlimlərin başlanmasıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 16-da qoşunların əməliyyat hazırlığı çərçivəsində komanda-qərargah hərb oyunları (KQHO) başlayacaq.

         Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, hərb oyununun keçirilməsi qoşun növlərinin və qismlərinin strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanlarının və xüsusi təyinatlı qüvvələrin cəlb edilməsini, eləcə də müxtəlif mərhələlərdə qüvvə və vasitələrin istifadəsini nəzərdə tutur.

         KQHO-nun əsas məqsədi müasir ümumqoşun əməliyyatlarının keçirilməsi üzrə çətin tapşırıqların həllində, o cümlədən dağlıq relyef və mürəkkəb radioelektron, həmçinin hərb oyunlarının niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində idarəetmə orqanlarının və qoşunların qarşılıqlı fəaliyyət səviyyəsinin təkmilləşdirilməsindən ibarətdir.

         KQHO-nun mərhələlərinin birində qarşılıqlı fəaliyyətdə olan qoşunların havada, dənizdə, quruda manevr və atəş imkanları müəyyən edilməklə praktiki fəaliyyəti də yoxlanılacaq.

         Komanda-qərargah hərb oyunları noyabrın 20-dək davam edəcək.

         Maraqlıdır ki, hərbi oyunlar Moskvada erməni Serjiklə Rusiya prezidentinin görüşü ilə Rusiya Xarici İşlər Naziri Lavrovun noyabrın 19-da Bakıya gözlənilən səfərinin də daxil olduğu müddət çərçivəsinə düşür. Sözsüz ki, bu hadisələr banal təsadüf də ola bilər. Amma…

GİZLİ SAVAŞ: AZƏRBAYCAN VƏ RUSİYA QARŞIDURMASI

         Adətən, belə bir fikir mövcuddur ki, balaca Azərbaycan Rusiyaya meydan oxuya bilməz. Əgər Azərbaycan Dövləti bu cür maddi və hərbi qüdrətə malik olsa idi, erməni çaqqallarını çoxdan əzəli torpaqlarımızdan qovmuşdu. Bu fikirlə sözsüz razıyıq. Nüvə silahına malik, dünyanın 1/6 ərazisinin sahibi olan bu super dövlət özünə qarşı sanksiyalara baxmayaraq yenə də, super qüvvə olaraq qalır. Bu cür hərbi cəhətdən qüdrətli “daydaya” malik erməni vəhşiləri sözsüz ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaqdadırlar. Əslində bu torpaqlar elə rusların işğalındadır. Sadəcə ermənilər Moskvanın himayəsi və göstərişi ilə bu işğalda “etnik komuflyaj” rolunu oynamaqdadırlar. İşğal Moskva tərəfdən gerçəkləşib!

         Amma… Son on il ərzində Azərbaycan iqtidarının apardığı çevik xarici siyasət nəticəsində ölkəmiz Rusiya və Qərbin anti-türk siyasi çevrələri üçün hətta ermənilər kimi güclü ümumdünya mafiyasından daha çox önəm daşımağa başlamışdır. Xüsusilə, son dövrdə Bakı-Tbilis-Qars dəmir yolunun açılışı, Rusiya-Azərbaycan-İran, yəni, Şimal-Cənub xətti kimi strateji dəmir yolu layihəsinin planlaşdırılması Rusiya üçün hal-hazırda həyati əhəmiyyətli məna daşıyır. Nəzərə alaq ki, sanksiyalara görə gündən-günə durumu pisləşən Rusiya üçün Azərbaycanın əhəmiyyəti artır. Bu fonda dünya erməni mafiyasının da narahatlığı aydındır.

         Məhz, Azərbaycanla Rusiyanın işğal edilmiş torpaqlarımız üzrə razılığa gəlməsi ehtimalı erməni diaspor mafiyasını da aktivləşdirir. Bu gün Avropa Birliyi tərəfindən Azərbaycan üzərinə yerinmə varsa, bunu iki bucaqdan izah etmək olar:

         1) Rusiya ilə Azərbaycan arasında erməni mafiyasına sərf etməyən anlaşma mümkünlüyü,

         2) Avropa strukturlarına Rusiya kəşfiyyatı təsir edir ki, onlar Bakıya təzyiqi artırsınlar və Azərbaycan Rusiyaya tərəf irəliləsin.

         Bakı ilə Moskva arasında münasibətləri birmənalı qiymətləndirmək olmaz. “Yüksək anlaşma”, “dostluq”, “qardaşlıq”, “bacılıq” və s. barədə pafoslu sözlər arxasında ciddi qarşıdurma var. Elə bu qarşıdurma Rusiyanın öz ərazisində və “ermənistan” adlı hərbi bazasında Azərbaycan əleyhinə separatçı internet saytların, TV-lərin aktivləşməsini, ölkəmizə ciddi iqtisadi çətinlik yaradan Rusiya sərhəddindəki “meyvə tərəvəz blokadası” adlı müharibəni göstərmək olar.

RUSİYA NİYƏ TƏZYİQ EDİR?

         Virtualaz.org yazır ki, bu ərəfədə belə xəbərlər yayıldı ki, Moskvanın “5 rayonun qaytarılması” planı yenidən aktuallaşıb, ancaq Rusiya rayonları qaytarılmasının əvəzində Azərbaycanın Avrasiya İttifaqına və KTMT-yə qoşulması da daxil olmaqla bir sıra şərtlər irəli sürür. Əslində “5 rayon”, yaxud Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərin azad edilməsini nəzərdə tutan nizamlama prinsipləri yeni deyil.

         Sözsüz, biz MDB adlı ölü doğulmuş uşaq kimi Rusiyanın KTMT, Avrasya Birliyi layihələrinə qoşula da bilərik. Bu layihələr əslində boğulan insanın əl atdığı saman çöpüdür ki, iqtisadi və siyasi basqılar altında olan Rusiya öz ölümünü uzatmaq istəyir. Eybi yox, Avrasiyanın ən böyük “xərçəng şişinin” ölümünün bir qədər də uzanmasına razı olmaq mümkündür. Amma hansı şərtlərlə?

         İndiyədək təklif edilən “Madrid prinsipləri”, “Kazan şərtləri”nə və d. görə, danışıqlar qondarma “Artsağ respublikası”na Azərbaycan daxilində konfederativ respublika hüququ verilməsi, Bakının “Stepanakertlə” konfederativ müqavilə imzalayacağı ilə sonucunu ehtimal edən razılışma, əslində isə, AZƏRBAYCANIN TƏSLİMİ ilə bitməlidir. Sonluğu bununla bitəcək tövsiyyə edilən prinsiplərə Bakının razılıq verməsini yalnız xarici işlər nazirliyimizin bacarıqsızlığı ilə izah etmək düzgün deyil. Böyük dövlətlər bizə təzyiq edirdilər və bu tövsiyyə xarakterli prinsiplər üzərində  “düşünmək” üçün vaxt qazanmaqla, ordunu və iqtisadiyyatı, geopolitik məkanda mövqelərimizi möhkəmlətmək lazım idi.

         İndi artıq gücümüz göz qarşısındadır. Həm də iş elə gətirdi ki, Rusiyanın durumu artan silsilə ilə pisləşir. Necə deyərlər, vaxt bizə işləyir!

         Belə olduqda, biz artıq “Artsağ respublikasına” konfederativ statusun verilməsini deyil, ən maksilmal olaraq mədəni-muxtar ərazi prinsipini verəcəyimizi, nəinki ətraf rayonlara, Dağlıq Qarabağa birə yüz qat artmış azərbaycanlı əhalinin köçürəcəyimizi (qoy dığacıqlar sonra sayca azlıqda olaraq min dəfə referendum keçirsinlər!) tələb etməliyik. Görünür ki, artıq Tehran sammitində bağlı qapılar arxasında Azərbaycan Prezidenti İlham Əliyev Putinə “strateji əməkdaşlığın” bu cür şərtlərini açıqlamışdır.

         İndi Rusiyanın üç yolu var. 1) Status-kvo olduğu kimi qalır; 2) Ermənilərə sərf edən şərtlərlə Azərbaycanın təslimə məcbur edilməsi üçün Qərbdəki rus kəşfiyyatı Azərbaycana qarşı təzyiqlərə rəvac verir və buna paralel olaraq  Moskva birbaşa Bakıya siyasi, iqtisadi və hərbi təzyiqləri artırır.

         Hər iki yol Rusiyaya sərf etmir. 1-ci yol gec-tez Bakının Türkiyənin simasında NATO bloku ilə yaxınlaşmasına aparıb çıxaracaq. İkinci yol, yenə də Bakının NATO qanadının altına keçməsini sürətləndirəcək. Gürcüstan misalı göz önündədir…

         Nəhayət, Moskvanın 3-cü yolu var:

         Rusiya “erməni ordusu” adlı öz hərbi qüvvələrini işğal edilmiş Azərbaycan torpaqlarından çıxarır, “Dağlıq Qarabağ mədəni-muxtar vilayəti” bərpa edilir (Azərbaycanın getdiyi ən böyük güzəşt!!!).

         Bundan sonra Moskva mümkündür ki,  İrəvanda rus ağalarının bu cür hərəkətindən inciyib küçəyə çıxaraq əyri ayaqları ilə cırt-pırt edən dığacıq qullarını  həmişə olduğu kimi qapazla sakitləşdirəcək. Bu artıq Moskvanın öz qulları ilə olan problemidir. Rus ağası ilə erməni-hay qulu arasında münasibətlər bizlik deyil…

Qarxunlu

“Millətçilik” qəzeti