Moskvada Xəzəryanı ölkələrin XİN rəhbərlərinin görüşü başlayıb

Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb.

İclasda xarici işlər naziri Elmar Məmmədyarov də iştirak edir.

Görüşdə Xəzərin hüquqi statusu ilə bağlı yekun Konvensiya və Xəzəryanı ölkələrin dövlət başçılarının görüşünə hazırlıq məsələsi müzakirə ediləcək.