Moskva aeroportlarında güclü qar səbəbindən 300-dən çox reys təxirə salınıb

Güclü qar səbəbindən Moskva aeroportlarında 300 dən çox reys təxirə salınıb və ya ləğv olunub.

Interfax informasiya agentliyi xəbər verir ki, ləngimələr həm Rusiyanın, həm də xarici aviakompaniyalarının reyslərinə aiddir. Domodedova aeroportunda 152 reys ləngimə ilə gəlib, gələcək və ya cədvəldən gec uçacaq. Şeremetyevo hava limanında isə 107 reys ləğv olunub, 120-dən çox təyyarə ləngiyib.

“Aeroflot” aviakompaniyası da öz növbəsində, əlverişsiz hava şəraiti ilə əlaqədar şirkətə məxsus 30 reysin ləğv olunduğunu, 41 təyyarənin ləngidiyini bildirib.

Bəzi hallarda ləngimələr iki saata yaxın davam edir.