Misirdə qırıcı qəzaya uğrayıb

Misirdə “MiQ-29” hərbi təyyarəsi qəzaya uğrayıb.

Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, misirli pilot qəzadan öncə katapult edib, onun həyatı üçün heç bir təhlükə yoxdur.

Birləşmiş Aviatikinti Korporasiyası (BAK) qəza ilə bağlı məlumat yayıb: “Misir HHQ-nin “MiQ-29″ təyyarəsinin qəzaya uğraması barədə operativ məlumatımız var. Yaxın zamanda texniki mütəxəssislərimiz hadisənin araşdırılmasında köməklik göstərmək üçün Misirə yollanacaqlar”.

“Kommersant” qəzeti yazır ki, Rusiyadan 2018-ci ildə kommersiya müqaviləsi çərçivəsində Misirə tədarük “MiQ-29M/M2” qırıcılarından biri təlim uçuşu zamanı qəza törədib: “Qəzaya səbəb texniki nasazlıq və yaxud pilotun yalnış hərəkətləri olub”.