MİNSK QRUPU, YOXSA ERMƏNİPƏRƏST VƏ İRQÇİ ANTİ-AZƏRBAYCAN QRUPU?

Noyabr ayı erməni terrorçuları üçün heç də az passiv ay olmayıb. İşğal edilmiş Azərbaycan ərazilərində yaradılmış qondarma “arsax respublikasının” qondarma başçısı bir ay ərzində xarici ölkələrə səfərlər edib.  Özü də hansı dövlətlərə? Erməni işğalları ilə başlamış münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun üç əsas dövlətinə:  Fransaya, ABŞ-a və Rusiyaya. Bizim Xarici İşlr Nazirliyi də həmişə olduğu kimi etiraz notalarını işə saldı.

XRİSTİANPƏRƏST, TÜRKOFOB, İSLAMOFOB FRANSAYA SƏFƏR

Noyabrın 17-də Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın noyabrın 14-də Fransaya səfərinə münasibət bildirərkən deyib.

“Bu barədə artıq XİN qəti və konkret açıqlama verib. Azərbaycan Fransanın – BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü və Minsk qrupunun həmsədri qismində çıxış edən bir ölkənin işgalçı dövlətin və işgalçı rejimin nümayəndəsinə səfər etmək imkanını və bu səfər çərçivəsində müəyyən görüşlərin təşkilinə şərait yaratmasını bir növ işğalçı rejimin təşviqinə xidmət edən bir addım kimi qiymətləndirir. Və fikirləşirik ki, Fransanın bu addımı onun obyektivliyini və qərəzsiz mövqeyini ciddi şübhə altına alır. Fransanın bu addımı ilə əlaqədar Azərbaycanın Parisdəki səfirliyi tərəfindən Fransa Xarici İşlər Nazirliyinə etiraz notası təqdim olunub”, – Leyla Abdullayeva deyib.

Erməni KİV-lərinin “rəsmi” açıqlamalarında erməni dığacığının Fransadakı erməni  qurumları ilə görüşü barədə xəbər verilir. Amma ermənilər də və sözsüz ki, fransız siyasətçiləri də bicdirlər; “rəsmiyyətdən” uzaq gizli görüşlərdə fransızların hansı dövlət struktur nümayəndələrinin iştirak etməsi barədə xəbər vermirlər. Bunu fransız və erməni bicləri dünyadan, ilk növbədə bizdən gizlədirlər.

Müəmmalı məqam isə budur ki, erməni terrorçubaşı hansı ölkənin vizası ilə Avropa Birliyi, Fransanın sərhədlərini keçə bilib? Fransa tərəfinin “biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, qeyri-rəsmi qurumlarla əlaqəyə girmirik” kimi sıradan bir açıqlaması bu suala cavab vermir…

XRİSTİANPƏRƏST, TÜRKOFOB, İSLAMOFOB ABŞ-a SƏFƏR

Qondarma rejimin nümayəndəsinin noyabrın 18-də ABŞ ərazisinə daxil olması və qondarma qurumun ABŞ ərazisində təşviqinə icazə verilməsi bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəlikləri, eləcə də ABŞ-ın separatçı qondarma rejimin tanınmaması ilə bağlı dəfələrlə bəyan etdiyi rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada   bildirilir.

Açıqlamada qeyd edilir ki, bu addım, həmçinin münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir. “Separatçı rejimin nümayəndələrinə ABŞ tərəfindən viza verilməsi ABŞ-ın viza prosedurları barədə ciddi suallar doğurur.Qəribədir ki, ABŞ tərəfindən viza verilməsinin liberallaşdırılması yanaşması keçmiş Sovet İttifaqı məkanındakı digər qanunsuz qurumlara münasibətdə yox, yalnız Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “rəhbərlərinə” münasibətdə        tətbiq         edilir.

Azərbaycan ərazilərinin işğalında və yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmənin həyata keçirilməsində əli olan, müharibə cinayətkarı olan bu kimi şəxslərə qarşı fərdi sanksiyalar tətbiq olunmalıdır. Qondarma rejimin təşviqinə yönələn bu qəbildən olan addımlar ABŞ-ın Azərbaycanla münasibətlərdə səmimiliyi barədə suallar yaradır. Diplomatik kanallarla Azərbaycanın qəti etirazı ABŞ tərəfinə çatdırılacaq” – deyə bizim XİN əməkdaşı bildirib.

Özü də bu il terrorçubaşı ABŞ-a ikinci dəfə səfər edib. Birinci dəfə səfər bu il martın 14-də baş tutub. O zaman Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və üstəlik, ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbirə qatılması barədə xəbər rəsmi Bakının kəskin etirazına səbəb olub. Bununla əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, ondan izahat tələb olunub. Eyni zamanda Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək     Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb.

XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib ki, notada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın saxta məlumatlar təqdim edərək Ermənistan pasportu ilə ABŞ vizası alması və ABŞ ərazisinə daxil olması, ABŞ-ın müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, ABŞ-ın rəsmi mövqeyinə zidd olduğu qeyd olunub. Hələlik nə Dövlət Departamenti, nə də ABŞ-ın Azərbaycandakı səfirliyindən notaya cavab verilməyib.

Xüsusi olaraq vurğulanmalı məqamlar çoxdur. Əvvəla, Kapitolidə ABŞ dövlət rəsmiləri qarşısında çıxış edən dığacıq 1988-ci ildə “Azərbaycanın əsarətində yaşayan ermənilərin azadlıq hərəkatının başlanmasının”, yəni Azərbaycan dövlətçliyinə qarşı terroçu, silahlı separatçılığın, azərbaycanlılara qarşı etnik təmizləmənin başlanmasının ildönümü olduğunu vurğuladı. Erməni dığacığı “arsax erməniləri artıq 30 ildir ki, öz müqəddaratını müəyyən ediblər, biz müstəqil dövlətik” deyəndə Kapitoli zalındakı amerikalı rəsmilər onu nəyi var alqışlamış, qucaqlayıb bağırlarına basmışlar.

İkinci məqamı rus politoloqu və tarxiçisi Oleq Kuznetsov qeyd edib.  Onun bildirdiyinə görə, ABŞ Konqresində və Senatında yüksək səviyyədə separatçı erməni bölgəsinin nümayəndəsilə görüşlərin keçirilməsində qəribəlik axtarmaq lazım deyil.

Oleq Kuznetsov bildirmişdir ki, “arsaxın” Azərbaycandan ayrı bir dövlət kimi təsbitini ABŞ qanunverciliyi çoxdan qəbul edib. “24 noyabr 1992-ci il tarixində qəbul edilmiş “Azadlığa dəstək aktının” 907-ci maddəsində göstərilir ki, Azərbaycan tərəfi Ermənistana və Dağlıq Qarabağa qarşı aqressiv fəaliyyət göstərsə, ABŞ gərək Azərbaycana qarşı hərbi-texniki və texnoloji sanksiyalar tətbiq etsin” – deyə O.Kuznetsov bildirir. Bu isə, belə anlama gəlir ki, milli qanunvericilik çərçivəsində “arsax respublikası” ABŞ tərəfindən de-yure tanınmışdır. Beynəlxalq qanunvericlik və aktlar səviyyəsində ABŞ “arxasın müstəqilliyini” de-fakto tanıyır. Belə ki, rəsmi Bakını saymadan, rəsmi Bakının başı üzərindən ABŞ “arsax respublikasına” maliyyə yardımları göstərməkdədir. ABŞ ştatları da “arsaxın müstəqilliyini” tanıyanda məhz federal qanunvericiliyin həmin aktlarına istinad edirlər.

XRİSTİANPƏRƏST, TÜRKOFOB, İSLAMOFOB RUSİYAYA SƏFƏR

Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri” Rusiya Federasiyasına səfər edib. Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə kəskin reaksiya verib.

Nazirliyin açıqlamasında bildirilib ki, qanunsuz separatçı rejimin nümayəndəsinin Rusiya Federasiyasının ərazisinə daxil olmasına icazə verilməsi Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələl gətirir və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir.

“Rusiya tərəfinin bu addımı Azərbaycan və Rusiya arasında mövcud olan münasibətlərin yüksək səviyyəsinə uyğun gəlmir və ikitərəfli münasibətlərin normativ-hüquqi bazası ilə, xüsusilə də “Tərəflərin separatçı hərəkatları dəstəkləməmək, digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönələn şəxslərin fəaliyyətini qadağan etmək öhdəliyini” əks etdirən Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə ilə ziddiyyət təşkil edir.

Qanunsuz qurumun “rəhbərinin” ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinə səyahətləri, münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər. Belə olacağı təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”,-deyə Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib.

Bu il Azərbaycan tərəfi artıq ikinci dəfədir ki, mövzu ilə bağlı Rusiyaya etiraz edib. Oktyabrın 10-da Rusiyaya verilmiş etiraz notası Paşinyanın arvadının təşkilatçılığı ilə Rusiyadan olan bir qrup arvadın  işğal olunmuş ərazilərə səfəri ilə bağlı idi.

Aydındır ki, ermənilərin Rusiya ilə tarixi bağları qədimdir. Ermənilər Rusiyaya Səfəvi və Osmanlıya qarşı casusluq və təxribatçılıq işində yardım etmişlər. Rusiya və ermənilər birgə iki yüz ildən çoxdur ki, yerli müsəlman türk əhalisinə qarşı soyqırım aparmışlar. Yəni bu iki qurumu bir-birinə qan bağlayır — vəhşiliklə öldürdükləri müsəlmanların qanı…

AZƏRBAYCANIN ADEKVAT CAVABI

Göründüyü kimi ermənilərin Azərbaycana qarşı işğal, terror və soyqırım siyasəti arxasında Minsk qrupu  həmsədrliyində təmsil olunmuş dövlətlər, yəni, ABŞ, Rusiya, Fransa dururlar. Bu dövlətlərin rəsmiləri qanunsuz səfərləri “xala xətrin inciməsin” prinsipi ilə hər şeyi ölkələrindəki QHT-lərin özfəaliyyəti kimi izah edirlər.

Azərbaycanın siyasətçiləri niyə bu təcrübədən istifadə etməsinlər? İngiltərədə Şotlandiya, Fransada Korsika, İspaniyadakı Katalon və d. separatçı təşkilatları dəstəkləyən QHT-lər bizdə niyə yoxdur? Onsuz da ermənipərəst Minsk qrupu ölkələrində Azərbaycanın parçalanmasını dəstəkləyən digər separatçı qüvvələr də yuva salıb, həmin dövlətlərin siyasi dairələrinin və xüsusi xidmətlərinin himayəsi altında erməniərlə əlbir işləyirlər. İslanmışın sudan nə qorxusu?

Biz sadəcə bütün dünyanın anti-Azərbaycan və ermənipərəst qüvvələrinə, həmin qüvvələrin ölkələrindəki separatçı təşkilatlara dəstək verəcək bizim hər hansı QHT-mizin, siyasi partiyamızın dili ilə aydın mesaj yollamalıyıq: “Dövlətmizi parçalamaq istəyən separatçıları dəstəkləyirsinizsə, biz də sizin və sizin müttəfiqləriniz olan dövlətləri parçalayacaq separatizmi dəstəkləyəcəyik!”.

Qarxunlu

“Millətçilik” qəzeti