“Minsk 2019”: Azərbaycanın daha 2 qadın güləşçisi yarımfinala vəsiqə qazanıb – YENİLƏNİB

Azərbaycanın daha iki güləşçisi “Minsk 2019” II Avropa Oyunlarında yarımfinala vəsiqə qazanıb.

“Report”un məlumatına görə, bunlar Elmira Qəmbərova (62 kq) və Sabirə Əliyevadır (76 kq).

Qəmbərova 1/4 finalda polşalı Katarjina Madrovskanı, Əliyeva isə Böyük Britaniya təmsilçisi Corcina Nelthorpeni məğlub edib. Digər güləşçi Alyona Kolesnik (57 kq) isə 1/4 finalda Bolqarıstan təmsilçisi Mimi Xristovanın müqavimətini qıra bilməyib.

Elmira Qəmbərova yarımfinalda rumıniyalı İncze Kriszta, Sabirə Əliva isə almaniyalı Francy Raedelt ilə üz-üzə gələcək. Qeyd edək ki, daha öncə Mariya Stadnik (50 kq) yarımfinala yüksəlib.


13:48***

Azərbaycan güləşçisi Mariya Stadnik “Minsk 2019” II Avropa Oyunlarında yarımfinala vəsiqə qazanıb.

“Report” xəbər verir ki, 50 kq çəkidə çıxış edən olimpiya mükafatçısı polşalı Anna Lukasiakdan güclü olub – 10:0.

O, rəqibini 52 saniyəyə məğlub edib.

Stadnik yarımfinalda türkiyəli Evin Demirhanla qarşılaşacaq.