Milli Məclisin plenar iclası başlayıb

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.

Millətçilik.az xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 18məsələ daxildir.

Bunlar “Dövlət rüsumu haqqında”, “Telekommunikasiya haqqında”, “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Hesablama Palatası haqqında” qanunlarına, eləcə də Mülki, İnzibati xətalar məcəllələrinə dəyişiklik layihələridir.

İclasda yeni hazırlanan “Standartlaşdırma haqqında” (üçüncü oxunuş), “Texniki təmizləmə haqqında” (ikinci oxunuş) qanun layihələrinə də baxılacaq.