Milli Məclisin növbəti iclası keçirilir

Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə öz işinə başlayıb.

İlkin olaraq 2018-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsi gözlənilirdi. Amma spiker elan edib ki, səhər saatlarında dövlət tədbirlərinin keçirilməsi və bir neçə sənədlər imzalanması ilə əlaqədar büdcə müzakirələri günün ikinci yarısında aparılacaq.

Bundan sonra gündəlikdəki digər məsələlərin müzakirəsinə başlanıb.