Meksikada jurnalist qətl edildi

Meksikanın paytaxtı Mexikoda “El Universal” qəzetinin məşhur jurnalisti Xose Xerardo Martines qətlə yetirilib.
Milletcilik.az xəbər verir ki, jurnalist övladlarına hədiyyə almaq üçün girdiyi mağazada qarın boşluğuna açılan atəş nəticəsində həlak olub. Onun kimlər tərəfindən qətlə yetirilməsi barədə hələlik informasiya əldə etmək mümkün olmayıb. Meksika polisi baş vermiş cinayətlə əlaqədar olaraq araşdırmaya başlamışdır.