MASKALI SİMASIZLAR

Bu il Novruz bayramı ərəfəsində ABŞ-da Azərbaycanla əlaqəli simvolik hadisələr baş verdi.  Nəyə görə simvolik? Çünki bu olaylar kimin kim olduğunu bariz göstərdi.

MASKA ALTINDAKI ANATOMİYA

Martın 14-də ABŞ Konqresinin Kannon binasında rus-erməni işğalçılarının Qarabağımızın zəbt olunmuş hissəsində qurduqları qondarma “artsax respublikasının”  oyuncaq təmsilçisi, cinayətkar bir dığacıqla amerikalı rəsmilərin birgə tədbiri keçirildi. Erməni lobbisi, ABŞ-ın siyasi elitasındakı anti-türk, xristianpərəst, islamofob,  irqçi qüvvələrin birgə təşkil etdiyi bu tədbirə etiraz olaraq  Kannon binasının qarşısında ABŞ Azərbaycanlıları Şəbəkəsi tərəfindən təşkil olunmuş etiraz aksiyası keçirilib. Aksiyada Vaşinqton və ətraf rayonlardakı Azərbaycan icmasının üzvləri iştirak ediblər. Nümayişçilər əllərində ABŞ rəsmilərinin görüşdükləri ermənilərin hərbi cani olmalarını təsvir edən plakatlar tutub, Azərbaycana qarşı təcavüzlə bağlı faktları, ermənilərin rus vassalı olması, törətdikləri soyqırımlar barədə məlumatları aksiyaya qoşulanların və ABŞ Konqresinin üzvlərinin diqqətinə çatdırıblar.

Eyni zamanda Vaşinqtonda Azərbaycan səfirliyi qarşısında bir qrup üzü “anonimous” maskalı ünsür  aksiya keçirirdi. İstər “ermənistan” adlı rus hərbi müstəmləkəsində, istərsə də ABŞ və d. ölkələrdə erməni KİV-ləri bir tərəfdən qondarma “artsaxçıların” Konqresdəki tədbirlərini, o biri tərəfdən Vaşinqtonda Azərbaycan səfirliyi qarşısında “azərbaycanlı müxalifətçilərin etiraz piketini” tirajlayırdılar. Aydın məsələdir ki, Azərbaycan səfirliyi önündə maskalı simasızların dirijoru elə erməni siyasi-kriminal mafiyası və ABŞ-da bu anti-Azərbaycan qüvvələri idarə edən ermənipərəst mərkəzlərdir.

Məsələyə geniş baxdıqda bildirməliyik ki, Vaşinqtonda istənilən ölkənin səfirliyi önündə, istənilən kəslər, istənilən şüarlarla aksiyalar keçirə bilərlər. Hətta, ermənilər pul müqabilində yerli, vaşinqtonlu dilənçiləri, narkomanları da Azərbaycan səfirliyi önünə yığa bilərlər. Maska altında olan məxluqun nəinki dinini, irqini və ya milli mənsubiyyətini, hətta insan olmasını belə təyin etmək qeyri-mümkündür. Amma ermənilərin Azərbaycan səfirliyi qarşısında təşkil etdiyi həmin maskaradda Azərbaycan dilində söyüş və ittihamlar irəli sürənlər də var idi.

Əvvəla, Azərbaycan dilini bilən nə çox erməni var. İkincisi, erməni kəşfiyyatının Azərbaycan əleyhinə agenturası sırasında dövlətimiz əleyhinə fəaliyyət göstərən,  dövlətimizdə doğulmuş, Azərbaycan dilini bilən, amma ermənilər tərəfinə keçmiş satqın etnoseparatçılar da az deyil. Yeri gəlmişkən, orada səsucaldana şüarlar üfürən maskalı nədimlərdən birinin Azərbaycan dilində ləhcəsi elə bu məqamdan da xəbər verə bilər.

Digər tərəfdən, aydın məsələdir ki, Qərbə mühacir edənlərin içində normal oriyentasiyalılarla yanaşı bəzi elələri var ki, cinsi azlığın nümayəndəsidir və bu kimilər “Azərbaycanda homofobiyanın qurbanları” kimi özlərini təqdim edirlər. Bakıda qaranlıq küçələrdə vaxtilə “cinsi servis” üçün özlərini təklif edən bu “kişiciklər” üçün Vətən, Dövlət anlamı heç nədir. Pul müqabilində ermənilər onlardan hər cür istifadə edirlər, o cümlədən, səfirliyimiz önünə çıxarmaqla…

Bizim bəzi KİV-lərdə ermənilərin təşkil etdiyi həmin o aksiya barəsində düzgün olaraq belə bir fikir işlədilir ki, azərbaycanlı kimi oradakılar gərək erməni səfirliyi və ya Kannon binasının qarşısında ABŞ Azərbaycanlıları Şəbəkəsi tərəfindən təşkil olunmuş etiraz aksiyasında olmalı idi. Amma onlar ermənilərin aksiyasında idilər. “Əslində, onlar soydaşlarımız da sayılmırlar, aşkar şəkildə erməniyə dəstək verənlər heç vaxt azərbaycanlı ola bilməz…”. Yaxşı, bu maskalı sifətlilər  soydaşlarımız deyillərsə, bəs kimdirlər?

Millətçi olaraq biz Azərbaycan torpaqlarını işğal etmiş, Millətimizə qarşı soyqırım siyasəti aparmış və aparan, Millətimizə  və Dövlətimizə qarşı min cür alçaqlıqlar quran erməniləri, yəni, hayları insan saymırıq. Amma sənədlərində “azərbaycanlı” yazılan və həqiqətən də Azərbaycanda doğulan, böyüyən və xaricə mühacirət edib orada erməniyə nökərçilik edənləri birmənalı qiymətləndiririk — onlar da ermənidir!

İnsanın şəxsiyyət kimi formalaşmasında bir çox faktorlar var. Əsas 2 faktor isə, bunlardır: irsiyyət (konkret: irsi psixi qüsura və ya psixikaya təsir edən fiziki qüsura malik olması) və ətraf mühitin təsiri (yəni, tərbiyə) .

Qeyd etdiyimiz kimi, ermənilərin istifadə etdikləri maskalılar içində mümkündür ki, cinsi azlıq nümayəndəsi və ya psixi pozuntusu olanları da var. Bunları bir kənara buraxırıq; bu cür bədbaxtlara qiyməti Cənabi-Haqq verib…

Deməli, fiziki cəhətdən bunlardan olmayan, amma mənəvi cəhətdən bunlarla bir cərgədə duran digər maskalı sifətlilərin erməni nökərinə çevrilməsinə əsas səbəb — ətraf mühitin təsiridir, yəni, tərbiyədir? Bəli, amma daha doğrusu, tərbiyəsizlikdir…

SƏFİRLİYİMİZ ÖNÜNDƏN İNTERNET MƏKANINA

Sözsüz ki, biz xarici ölkələrdə yaşayan bəzi soydaşlarımızın etikaya və normal davranışa sığmayan hərəkətlərini görəndə təəssüf və xəcalət ihssləri keçiririk. Hansısa azərbaycanlılar hansısa ölkədə cinayətkar qruplar yaradır, cinayətlər törədir və xüsusilə öz soydaşlarına qarşı törətdikləri cinayətlər barədə xəbər əldə edəndə təəssüf hissi keçiririk. Yaxud, cinsindən asılı olmayaraq hansısa azərbaycanlı xarici dövlətdə əxlaqsızlığı ilə tanınanda millətimizə üzü qaralıq gətirir. Bu tip insanlar hər bir millətdə vardır.

Ermənilər üçün əxlaq normaları yoxdur. Məsələn, uydurma “genosidin 100 illiyində” ermənilər öz gülməli “soyqırım abidəsini” erməni əsilli ABŞ pornoulduzu tərəfindən ziyarət edilməsini milli iftixar kimi qəbul edirlər. Bu da onları digər millətlərdən fərqləndirən əsas cəhətdir. Yəni, erməni-haylar anormal psixologiyaya sahib bir vəhşi sürüsüdür. Yalnız anormal millətlər öz əxlaqsızı ilə fəxr edə bilərlər.

Amma sayca çox olmayan, cinayət törədən və ya əxlaqsızlıq  edən azərbaycanlıların böyük bir qismi savadsız, bəxti gətirməyən insanlardır və ya psixi problemləri vardır.

Lakin internetdən istifadəni bacaran, siyasi prosesləri izləyəni savadısz adlandırmaq olmaz. Elə isə, sosial şəbəkələrdə söyüş və təhqirlə “siyasi mübarizə” aparanları necə qiymələndirək?

Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov özünün facebook səhifəsindəki məlum statusunda qeyd edir ki, “Azərbaycan dövlətinə, hakimiyyətə, ayrı-ayrı şəxslərə, o cümlədən də şəxsən ölkə Prezidentinə və onun köməkçisi kimi mənə qarşı çirkin kampaniya aparan həmin “insanlar” nəinki polemika mədəniyyətlərinin olmadığını, həm də tərbiyə və əxlaq normalarından çox-çox uzaq olduqlarını bir daha nümayiş etdirdilər”…

Təmamilə düzgün analizdir. Amma bu adamlar kimdir? Onların cəmi 1-2-si öz simasını açıq göstərir. Çünki əgər sən açıq sima ilə, erməni işğalı mövzusuna qətiyyən toxunmadan, Azərbaycandakı insanları təhqir edərək mahiyyətində ermənilərin dəyirmanına su tökürsənsə, onda sözsüz ki, ermənilərin sənə verdiyi itpayının həcmi maska altında gizlənmişlərə münasibətdə daha çox olacaq.

Maska altında gizlənənlər isə, elə sosial şəbəkələrdə də maska altındadırlar, müxtəlif anonim adlar, feyk səhifələrlə maskalanıblar.

Hər nədən xəbərdarıq… Çünki mühacirətdə tanışlarımız da var. Çox gözəl bilirik ki, Qərbdəki qaçqın düşərgələrində olanlar, yaşamağa izni gözləyənlər arasında bir qrup erməni əlaltısı açıq-aşkar təbliğat aparır. Onlar mühacirət etmiş azərbaycanlılara təklif edirlər ki, erməni əlaltısı olun, internet üzərindən və  Azərbaycan səfirlikləri önündə “söyüş mübarizəsi”nə qoşulun və sizin bu ölkələrdə qalmaq üçün icazəni erməni lobbisi təşkil edəcək. Hətta iş o yerə çatıb ki, bu cür satqınlığa gedən mühacirlər içindən onların internet üzərindən “söyüş mübarizəsinə” nəzarət edənlər təyin olunur ki, ermənilərə çuğulluq etsin. Bu çuğullar o biri satqınlara nəzarət edib ermənilərə müntəzəm məlumat verir ki, bizə qoşulmuş filankəs mühacir internet üzərindən və səfirliklərimiz önündə söyüş təxribatlarında çox da aktiv deyil, vətənpərvərlik hissləri, ermənilərə nifrət hələ də onda var və s.

Beləliklə, simasız maskalılar internet üzərindən, sosial şəbəkələrdə də ermənidən aldıqları itpayını işləyib ödəyirlər.

Aydındır ki, söyüş etikaya sığmaz bir anlayışdır. Tərbiyəli insan söyüş işlətməz. Deməli, bu yolu seçmişlərin adi tərbiyəsi belə yoxdur.

Nə yaxşı ki, bu cür tərbiyəsiz və əxlaqsızlar mühacirət edirlər. Qeyrətli soydaşlarımızın toplaşdığı diasporlardan da uzaqdırlar, öz murdar nəfəsləri ilə bizim diasporlarımızın mühitini də zəhərləmirlər. Millətimiz istər Azərbaycanda, istərsə də diasporlarda tullantılardan canını qurtarır.

         …Tullantının da utilizasiya yeri ermənipərəst ölkələrdir; istər Qərb olsun, istərsə də Rusiya. Onların səfirliklərimiz önündə, sosial şəbəkələrdəki tərbiyəsizliyi, əxlaqsızlığı Azərbaycanın, Prezidentimizin imicinə heç bir xələl yetirmir. Əksinə, tərbiyəsi olmayan simasızın hər bir söyüşü elə onların erməni ağalarının onlar üçün cızdığı “mübarizə strategiyasının” uğursuzluğunu göstərməkdədir.

Yeganə, bizi narahat edən potensial təhlükə odur ki, bu maskalı simasızlar  erməni ağaları tərəfindən diasporlarımızdakı böyük əksəriyyəti təşkil edən qeyrətli, namuslu və  əxlaqlı soydaşlarımıza qarşı qısqırdılmaqdadırlar. Qərib ölkədə yaşayaraq Vətənimizin qeyrətini çəkən qeyrətli, namuslu və  əxlaqlı soydaşlarımıza qarşı nəinki ermənilər, ermənilərin havadarları və bu əxlaqdan kənar, valideyni naməlum maskalı simasızlar da hücuma keçirlər.

Bu yerdə istər-istəməz diaspor işinin hələ də zəif qurulduğunu, dövlətimizin müvafiq strukturlarının diasporların strategiyası, informasiya toplama və siyasi-təbliğat işinin lazımi səviyyədə olmadığını etiraf etməliyik.

Ona görə də, diasporlarımızdakı namuslu soydaşlarımızı tək qoymamalı, anası-atası bəlli olmayan, söyüşlə dünyaya gəlib, söyüşlə yaşayan bu simasız maskalıların sahibi olan erməni mafiyasına qarşı mübarizəsində hər vasitə ilə dəstəkləməliyik.

Tufan Kərim

“Millətçilik” qəzeti