Məzun gecəsində ATIŞMA – 1 ölü, 7 yaralı

ABŞ-ın Pensilvaniya ştatında Filadelfiyada məktəblərin birində atışma baş verib.

Trend-in məlumatına görə, atışma məktəbdə təşkil olunmuş məzun gecəsi zamanı olub. Məlumata görə, insident nəticəsində 1 nəfər odlu silahdan açılmış atəşdən dünyasını dəyişib.

Daha 7 nəfərin yaralandığı bildirilir. Yaralılar 15-17 yaşlarındadırlar.

Atışmanın baş vermə səbəbi hələ məlum deyil. Polis araşdırmaya başlayıb.