Məsut Özilin Uyğurların Çin tərəfindən sıxışdırılmasını pisləyən açıqlaması dünyadarezonasa səbəb olub

İngiltərənin məşhur “Arsenal” futbol klubunun türk əsilli Almaniyalı yarımmüdafiəçi Məsut Özilin sosial şəbəkədə Şərqi Türküstanda yğurların Çin tərəfindən sıxışdırılmasını kəskin pisləyən açıqlaması bütün dünyada geniş rezonasa səbəb olub.
Çini müsəlman uyğurlara qarşı etnik təmizləmədə, məcburi assimilyasiya aparmaqda ittiham edən məşhur futbolçu Qərb dövlətlərinin və mətbautının Şərqi Türküstanda baş verənləri daim gündəmdə sağladığı bir zamanda müsəlman ölkələrinin səssizliyini sərt tənqid edərək “Bilməzlərmi ki zülmün olduğu yerdə tərəfsizlik namussuzlukdur” ifadəsini işlədib.
Məsut Özilin açıqlamasından sonra Çinin dövlət kanalları Özilin iştirakı ilə keçirilən “Arsenal” – “Mançester Siti” oyunun yayımını ləğv etdi. Çinin bu addımına qarşı bütün dünyadan Məsut Özilə dəstək səsləri ucalmağa başladı.
Məsut Özilə ilk dəstək verənlərdən biri ABŞ dövlət katibi Mayk Pampeo oldu. Sosial şəbəkə hesabından açıqlama yayan Pompeo “Çin Kommunist Partiyasının təbliğat mediyası Məsut Özil və “Arsenal”ın bu sezon bütün oyunlarının yayımını yasaqlaya bilər,ancaq həqiqət qalib gələcəkdir”-deyib.
Məsut Özilə daha bir dəstək Beynəlxalq insan haqları təşkilatı Amnesty International-dan gəlib. Təşkilatın yaydığı açıqlamada Məsut Özil kimi daha çox insana ehtiyaç olduğu qeyd edilib.
Məsut Özilin uzun illərdir tərkibində yer aldığı Arsenalın əfsanəvi məşqisi Arsen Venqer də futbolçuya dəstək verərək, Məsut Özilin ifadə azadlığına sahib olduğunu vurğulayıb.
İsveçdə yaşayan Liviya əsilli musiqiçi Mahir Zain Məsut Özili dəstəkləyərək, yazdığı statusda “Ədalətsizliyə qarşı ayağa qalxdığın üçün təşəkkür edirəm qardaşım” ifadəsini işlədib.
Məsut Özilə daha bir dəstək Yeni Zelandiyalı reqbiçi Sonni Bill Uilyamsdan gəlib. Məşhur idmançı “İqtisadi mənafelərin insanlıqdan üstün tutulduğu üzücü zamanlar” ifadəsini işlədərək uyğurları dəstəkləyib.
Məsut Özili dəstəkləyən İngiltərə mətbuatı da Çinin Doğu Türküstandakı etnik təmizləmə siyasətini pisləyib və dünyanın aparıcı şirkətlərini Çinə qarşı mövqe bildirməyə çağırıb.
Bütün Qərb dünyası Məsut Özilin açıqlamasından sonra hərəkətə gəldiyi bir zamanda müsəlman və türk ölkəkərinin Çinə qarşı səssiz qalması çox üzücüdür. Səudiyyə Ərəbistanı və İran kimi özünü müsəlmanların qardaşı adlandıran ölkələrin islam həmrəyliyinin mahiyyəti belə zamanlara tam aşkar olur.