Məşhur hakim azan səsinə görə oyunu saxlayıb

İngiltərəli hakim Mark Klattenburq maraqlı addımı ilə diqqət mərkəzinə düşüb. Milletcilik.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanında qərarı ilə hamını şoka salıb.

Belə ki, “Əl Feyha” – “Əl Fateh” qarşılaşmasını idarə edən Klattenburq matçın gedişində oyunu dayandırıb. Buna səbəb məsciddən azan səsinin gəlməsi olub. İngiltərə Premyer Liqasının sabiq referisi matçı iki dəqiqədən çox saxlayıb. Bu zaman bəzi futbolçular namaz qılmaq üçün dərhal meydanı tərk etdiyi halda, qalanları fürsətdən yararlanaraq istirahət ediblər.

Klattenburq bu jestinə görə tribunadakılar tərəfindən alqışlanıb. Bundan əlavə, onun bu hərəkəti Səudiyyə Ərəbistanında müsbət qarşılanıb.