Məktəbdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Bakının Xətai rayonundakı 191 nömrəli tam orta məktəbdə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini diqqətə çatdırıb.

Heydər Əliyev ideyalarının əhəmiyyətindən danışan P.İmanov dahi rəhbərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini vurğulayıb.

Dünyanın müxtəlif ölkələrində diasporumuzun uğurla fəaliyyət göstərdiyi qeyd edilib.

Sonra məktəblilər Vətən, torpaq, milli birlik haqqında mahnılar ifa edib, şeirlər söyləyiblər.

Milletcilik.az