“Məcburi Köçkünlər üçün İcma Mərkəzinin yaradılması” layihəsinin qiymətləndirilməsi və yekunlaşması haqqında mətbuat konfransı keçirildi+FOTO

Bu gün, (30.09.2019) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Məcburi Köçkünlər üçün İcma Mərkəzinin yaradılması” layihəsinin qiymətləndirilməsi və yekunlaşması haqqında mətbuat konfransı keçirildi.
Təldbiri təşkilatın sədri Taleh Əliyev açaraq bildirdi ki, “Həyata keçirdiyimiz bu layihə çərçivəsində Bakı şəhəri ərazisində yeni salınmış 5 məcburi köçkün qəsəbəsində – Müşviqabad köçkün qəsəbəsi, Ramana köçkün qəsəbəsi, Kürdəxanı köçkün qəsəbəsi, Qobu Park Yaşayış Kompileksi və Masazır köçkün qəsəbəsində icma mərkəzinin yaradıl ması üçün təlimlər keçrildi. Hər bir tədbirin sonunda təlim iştirakçılarından ibarət təşəbbüs qrupları yaradıldı və biz belə razılığa gəldik ki, həmin təşəbbüs qrupları ilə əməkdaşlıq edərək həmin qəsəbələrdə İcma Mərkəzlərini formalaşdıraq. Hesab edirəm ki, bu əməkdaşlıq uğurlu alınacaq və bu iş layihəmizin uzunmüddətli təsiri və davamlığı baxımdan da çox əhəmiyyətli olacaq.
Sonra layihənin eksperti Rəfail Tağızadə Müşviqabad köçkün qəsəbəsi, Ramana köçkün qəsəbəsi, Kürdəxanı köçkün qəsəbəsi, Qobu Park Yaşayış Kompileksi və Masazır köçkün qəsəbəsində təlimlər zamanı aparılan müzakirələr və təkliflər haqqında danışaraq bildirdi ki, layihənin ideyası bütün qəsəbələrdə təlim iştirakçıları tərəfindən müsbət qarşılandı. Tərəfimizdə aparılan SWOT analizlər təlim iştirakçıları tərəfindən böyük maraqla səbəb oldu. Şəxsən məndə də belə bir təəssürat yarandı ki, insanlar belə icma mərkəzlərinin yaradılmasında çox yaxından iştirak edəcəklər.
Tədbir qonaqların iştirakı ilə davam etdirildi.
Xatırladaq ki, layihə çərçivəsində Bakı şəhəri ərazisində yeni salınmış 5 məcburi köçkün qəsəbəsinin ( Müşviqabad köçkün qəsəbəsi, Masazır köçkün qəsəbəsi, Ramana köçkün qəsəbəsi, Kürdəxanı köçkün qəsəbəsi və Qobu Park Yaşayış Kompileksi) hər birində icma mərkəzi yaratmaq planlaşdırılır.