Lukaşenko: “Belarus və Aİ münasibətlərin inkişafında əhəmiyyətli irəliləyiş əldə edib”

 

“Son zamanlar aydın görünür ki, Belarus ilə Avropa İttifaqı (Aİ) arasındakı əlaqələrdə əhəmiyyətli irəliləyiş var”.

Millətçilik.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Aİ-nin büdcə və insan resursları üzrə komissarı Günter Öttinger ilə görüşdə deyib.

Belarus Prezidenti əlaqələrin inkişafına birgə layihələrin həyata keçirilməsinin yardım etdiyini vurğulayıb: “Son zamanlar Aİ tərəfdən belə layihələrin maliyyələşdirilməsi əhəmiyyətli dərəcədə artıb. Bu layihələr qarşılıqlı faydalıdır, gəlin, elə bu istiqamətdə də hərəkət edək”.

A.Lukaşenko həmçinin Aİ ilə iqtisadi-ticarət əlaqələrinin inkişafını da yüksək qiymətləndirib.