Laçın Azərbaycandır!- Ali Baş Komandandan soyuq qış səhərini isidən,qəlblərimizi riqqətə gətirən zəfər müjdəsi!

30 noyabr 2020-ci il. Hər birimizin səbirsizliklə gözlədiyimiz an gəlib çatır.
Qartallar oylağı, igidlər vətəninin sanki hər qayası ,hər daşı dil açıb dağ
vüqarlı,qartal baxışlı igidlərini salamlayır.Artıq müzəffər Azərbaycan Ordusunun
igid əsgərləri Laçın şəhərinə daxil olur.Laçın rayonu tam nəzarətə
götürülür.Üçrəngli Azərbaycan Bayrağı Laçın şəhərində dalğalanmağa
başlayır.Xüsusi Təyinatlı igid əsgərlərimiz bu barədə Ali Baş Komandana raport
verir.Xoş müjdəli qış səhərinin açılmasına sayılı saatlar qalır. Bu gecə neçə-neçə
narahat ruhlar yurd –yuvasına qovuşaraq rahatlıq tapır .
Hər birimiz böyük qürur hissi ilə səhərin açlmasını səbirsizliklə gözləyirik. Şaxtalı
qış fəslinin ilk günü ürəklərimizə sanki istilik,hərarət gətirir.Köz bağlamış
yaralarımızı sağaldır.Başı qarlı dağların təmiz ,saf havasını qəlbimizdə hiss
edirik.Ölməz şəhidlərimiz sanki bu qarlı dağların ən uca zirvəsindən
boylanaraq”Laçın bizimdir!”deyə dağlara səs salır.Bu səs çox uzaqlara əks-səda
verərək düşmənə dağ çəkir,qulaqlarını dəlib deşir.İşğaldan azad edilmiş
torpaqlarımızın üzərində Üçrəngli Bayrağımız dalğalandıqca ölməz şəhidlərimizin
ruhu hüzura qovuşur.Bayrağa bürünərək şəhidlik məqamına yüksələn igidlərimiz
bir daha bu Bayraqla göylərə ucalır.
Hər bir şəhidin,hər bir əsgərin qanı,canı ,həyatı bahasına başa gələn bu qələbə
müjdəsini Ali Baş Komandandan duymaq xüsusi bir iftixar hissi verir.
Budur,gözlənilən an gəlib çatdı.
1 dekabr 2020-ci il ! Şanlı tariximizin daha bir şanlı səhifəsi !
Hər birimiz Ali Baş Komandanın xalqa müraciətini böyük səbirsizliklə, fəxarətlə
gözləyirik.Elə bilirəm hər biriniz mənimlə razılaşarsınız ki,bu hissləri heç bir sözlə
ifadə etmək mümkün deyil.
Nəhayət,saat 12 : 00 ! Ali Baş Komandan xalqa müraciət edərək və bütün
dünyaya bəyan edərək böyük qürur hissi ilə bildirdi ki, Laçın,biz qayıtdıq!
Laçın,sən azadsan! Laçın, sən bizimsən! Laçın,sən Azərbaycansan!
Bu xəbəri dinləyərkən hər bir Azərbaycan vətəndaşı,haqqı,ədaləti dəstəkləyən hər
bir insan o an laçınlıdır.Etiraf etmək lazımdır ki, strateji cəhətdən çox böyük
əhəmiyyətə malik olan,coğrafi mövqeyinə görə,xüsusilə də payız-qış
aylarında,keçilməz olan Laçın rayonunun bir güllə belə atmadan işğaldan azad

olunması böyük tarixi qələbədir.O cümlədən Kəlbəcərin,o cümlədən Ağdamın. Bu
qələbəyə aparan yol isə həm qanlı döyüş meydanından ,həm də qərəzli
informasiya savaşından keçdi.
Ehtiyatda olan bir zabit kimi illərin təcrübəsinə əsaslanaraq əminəm ki,hər iki
cəbhədə əldə olunan qələbənin memarı əsl sərkərdə kimi qətiyyət,cəsarət
nümayiş etdirən, əsl dövlət başçısı kimi xalqın iradəsini ifadə edərək dövlət-
ordu-xalq birliyinə nail olmağı bacaran və bununla da namümkünü mümkünə
çevirərək, keçilməz istehkamları yarıb keçən Ali Baş Komandandır.Məhz Ali Baş
Komandan cənab İlham Əliyevin bu əzmkarlığı,bu qətiyyət və cəsarəti
Ermənistanı kapitulyasiyaya məcbur etdi.Sazişin 2 –ci bəndinə uyğun olaraq
noyabrın 20-dək Ağdam,6-cı bəndinə uyğun olaraq isə noyabrın 15-dək Kəlbəcər
və dekabrın 1-dək Laçın rayonu Azərbaycan tərəfinə təhvil verilməli idi.
Ermənistan tərəfi ,həmişə olduğu kimi bu dəfə də,səbrimizi sınadı.Müxtəlif
bəhanələr gətirərək havadarları vasitəsilə Kəlbəcərin boşaldılması üçün 10 gün
möhlət istədi.Əslində öz barbarlıqlarını,vəhşiliklərini dünyaya öz əməlləri ilə sübut
etməyə xidmət elədi bu vaxt.Əl açıb gün dilənən faşist xislətli ermənilər daşı daş
üstə qoymadan torpaqlarımızı məcburi şəkildə tərk edirdilər.
Amma biz Azərbaycan tərəfi olaraq öz humanizm prinsiplərimizə sadiq
qaldıq,təmkinimizi qoruyub saxladıq.Ermənistana havadarlıq edən bir çox
dövlətlərə bir daha kimin kim olduğunu isbat etdik.
Nəticədə bu gün fəxrlə deyə bilirik ki,erməniləri qarşımızda diz çökməyə məcbur
etdik.Bir güllə belə atmadan sazişin bu müddəalarını həyata keçirdik.Dünya
birliyinin 30 il ərzində edə bilmədiyini müzəffər Azərbaycan Ordusu 44 gün ərzində
birmənalı şəkildə həyata keçirdi.Erməni lobbisi faktlar qarşısında rəzil duruma
düşdü və aciz qaldı.
Əlbəttə ki, “30 il “ifadəsini sözlə demək çox asandır.Bu illərə nəzər salsaq görərik
ki,xalqımız doğrudan da məğrur xalqdır.Bu illər özü ilə nə qədər
qəm,kədər,ağrı,acı,iztirab,göz yaşı gətirsə də xalqımız bir an olsa belə qələbəyə
ümidini,inamını itirmədi.Bir övladını şəhid verən ana göz yaşını silib digər övladını
da vətən uğrunda döyüşə yollamağa hazır olduğunu bildirdi.Bu amalla böyütdü
analar övladlarını.Əvvəlki yazılarımda da qeyd etdiyim kimi 90-cı illərdə və o
illərdən sonra doğulan oğullarımız bu gün “Qarabağ Azərbaycandır!” deyərək
şəhid oldular.Bu igidlər öz şəhadətləri ilə bizə bir daha sübut etdi ki,vətəni

görmədən də,onun üzərində gəzmədən də,torpağına,daşına əl vurmadan da
sevmək olar. Əsl vətən sevgisi də elə məhz budur!
Mənfur ermənilər və onların havadarları başa düşmədilər ki,Uca Tanrı haqq
yolunda olanların tərəfindədir.İşğal etdiyi Azərbaycan torpaqlarının hər qarışında
qarşısına çıxan məscidləri dağıdıb,viran qoyub,təhqir edərək guya kilsələri bərpa
etməyə, qorumağa çalışan erməni vandalları dərk etmədilər ki,Allah birdir.Kilsə
də,məscid də,sinaqoq da Allahın evidir.Bütün dinlər təkallahlılığa xidmət
edir.Qurani –Kərim də, İncil də,Tövrat da Uca Tanrı tərəfindən bizə göndərilən
əxlaq kodeksidir.
Ali Baş Komandanın bu 44 gün ərzində informasiya savaşında xarici KİV-lərə
verdiyi 30–dan çox müsahibəsinin demək olar ki, hər birində vurğuladığı kimi Bakı
şəhərinin düz mərkəzində qorunub saxlanan erməni kilsəsinə baxmaq kifayətdir
ki, bunu dərk edəsən.Əlbəttə ki, dərk etmək istəyənə…
Haqqı tapdalayanlar haqq savaşında heç vaxt qalib gələ bilməzlər.Bu tarixən belə
olub ,belə də olacaq.Azərbaycan bu tarixi həqiqəti öz haqq savaşı ilə bir daha
bütün dünyaya sübut etdi.Bu haqq işində cənab Ali Baş Komandanın da qeyd
etdiyi kimi qardaş Türk dövləti başda olmaqla bizə mənəvi və siyasi dəstək olan
hər bir dövlət bu zəfərə ən az bizim qədər sevindiyini nümayiş etdirir və
qədirbilən xalqımız bunu heç zaman unutmayacaq.
Həm hərb meydanında ,həm də siyasi arenada Azərbaycanın mövqeyini
qoruyub saxlamaqla Ulu Öndərin qoyduğu yolu layiqincə davam etdirən Ali Baş
Komandan tariximizi yenidən qızıl hərflərlə yazmaqla yanaşı öz adını da tarixə
qızıl hərflərlə həkk etdi. Ata vəsiyyətini yerinə yetirərək Azərbaycanın ərazi
bütövlüyünü bərpa etməklə Ulu Öndərin və qəhrəman şəhidlərimizin ölməz
ruhunu əbədi olaraq şad etmiş oldu.Hər bir vətənpərvər azərbaycanlı kimi
xoşbəxtəm ki,bu tarixi günlərin canlı şahidiyəm.
Xoşbəxtik ki, qalib xalq olaraq böyük fəxarətlə bütün dünyaya bəyan edirik :
Cəbrayıl bizimdir,Füzuli bizimdir,Zəngilan bizimdir,Qubadlı bizimdir,Şuşa
bizimdir,Ağdam bizimdir,Kəlbəcər bizimdir!
LAÇIN BİZİMDİR !
QARABAĞ BİZİMDİR!
QARABAĞ AZƏRBAYCANDIR !

Çingiz Dadaşov-Nəsimi rayon sakini,
ehtiyatda olan zabit,
“Demokratik İnkişafın Təşviqi”-İB-nin sədri.