Lənkəranda “Mercedes” elektirik dirəyinə çırpılaraq yanıb

Lənkəran rayonunda avtomobil dirəyə çırpılaraq yanıb.

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Vilvan kəndi ərazisində baş verib.

Belə ki, rayon sakini, 1993-cü il təvəllüdlü Ağası Akif oğlu Nəhmətovun idarə etdiyi “Mersedes” markalı 90-CF-781 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman idrəetməni itirib və maşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.

Nəticədə elektrik dirəyi avtomobilin üzərinə aşıb və yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Avtomobilin yanar konstruksiyaları yanıb, alovun ətrafa yayılmasının qarşısı alınıb.

Hadisə yerinə gələn Təcili Tibbi Yardı Stansiyasının əməkdaşları sürücüyə tibbi yardım göstəriblər.

Faktla bağlı araşdırma aparılır.