Lənkəranda 44 yaşlı kişi özünü asıb

Lənkəran rayonunda meyiti tapılan şəxsin kimliyi məlum olub.

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, meyit rayonun Sütəmurdov kənd sakini, 1974-cü il təvəllüdlü Kamran Taşur oğlu Məmmədovdur.

Onun narkotik maddə aludəçisi olduğu bildirilir.

Qeyd edək ki, bu gün Lənkəran şəhərinin vağzal ətrafı, dənizə yaxın ərazisində asılmış vəziyyətdə naməlum kişi meyiti aşkar edilib. Müayinədən sonra onun intihar etdiyi məlum olub.

K.Məmmədov iki uşaq atası idi.