Kürdəmirdə keçmiş məhkumun evindən qumbara, güllələr və narkotik maddə götürülüb – FOTO

 Kürdəmir rayonunda keçmiş məhkumun evindən qumbara, narkotik maddə, tapança və avtomat güllələri götürülüb.

“Report”un Mərkəzi Aran bürosunun məlumatına görə, Kürdəmir rayon Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 51 yaşlı Qalib Əliyusif oğlu Zərbaliyev şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərində şəxsi axtarış zamanı 3,3 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyatın davamı olaraq Qalib Zərbaliyev qurudulmuş marixuana saxladığını bildirdiyi üçün yaşadığı evin həyətində öz razılığı ilə axtarış aparılıb, bu zaman 1 ədəd kibrit qutusunda saxladığı 8,1 qram çəkidə qurudulmuş marixuana, həmçinin yaşadığı evin zirzəmisindən 1 ədəd əl qumbarası1 ədəd 7,62 mm çapında1 ədəd 5,45 mm çapında avtomat güllələri1 ədəd 9 mm çapında tapança gülləsi aşkar edilərək götürülüb.

Qeyd edək ki, Q.Zərbaliyev əvvələr də narkotik maddələrin kultivasiyası ilə məşğul olduğuna görə iki dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.