Kiyevdə mülki vertolyot qəzaya uğrayıb, 2 nəfər yaralanıb

Ukrayna paytaxtı Kiyevdə mülki vertolyot qəzaya uğrayıb.

Bu barədə Millətçilik.az RİA “Novosti”yə istinadən xəbər verir.

Hadisə yerinə dərhal polis, xilasedicilər və həkimlər göndərilib. Vertolyotun qəzaya uğraması nəticəsində 2 nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər.

İlkin məlumata görə, mülki vertolyot özəl şirkətə məxsusdur.

Polis hazırda cinayət işinin açılıb-açılmaması məsələsini götür-qoy edir.