Keçən il sərxoş sürücülərin törətdiyi yol qəzalarının sayı məlum olub

Ötən il nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 21 hadisə baş verib.

Millətçilik.az xəbər verir ki, nəticədə 14 nəfər həlak olub, 19 nəfər yaralanıb.

Hadisələrin 76,2 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda 1 587 yol-nəqliyyat hadisəsi qeydə alınıb.