KƏLBƏCƏRİN İŞĞALINDAN 27 İL ÖTDÜ

Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kəlbəcərin işğalı zamanı rayonun 58 mindən artıq əhalisi məcburi köçkün düşmüş 321 nəfər əsir düşmüşvə ya girov götürülmüş 511 nəfər vəhşcəsinə qətlə yetirilmiş 97 məktəb, 9 uşq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarixdiyarşnaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika və s. talan edilmiş və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdı. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşin, 58 min (1993) nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik şrası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işal olunmuş rayonlarından dərhal çıxarılması təbb olunıır. Lakin indiyədək həmin qətnamədən irəli golən hər hansı öhdəlik yerinə yetirilməyib. Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşyış məntəqəsində qaçqın şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi talan olmaqdadır. 1999-cu ildən etibarən, Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşırılmasına başanılıb. Əhalisi: 71100 nəfər. Əhalisinin sıxlığı ( nəfər / 1 km²) 36,35 nəfər Şəhər əhalisi: 12 min 38 nəfər. Kənd əhalisi: 58 min 716 nəfər. Kişilərin sayı: 35 min 880 nəfər Qadınların sayı: 35 min 220 nəfər Ərazisi. 3050 kv kilometr Qarabağ nüharibəsi əllilərinin sayı – təxmini, 75 nəfər. Şəhid ailələrinin sayı – 482 ailədən az deyil. Məcburi köçkünlərin sayı – 66985 nəfər Allah bu xalqa səbr verməsin.