Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən Kəlbəcər rayonunun ümumtəhsil məktəb direktorları ilə videokonfrans keçirildi

Videokonfrans vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 01 may 2020-ci il tarixli Qərarına riayət olunması və məktəblərin yerləşdiyi ərazilərdə əməli tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verildi. Videokonfransda 2019-2020-ci tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş müzakirələr aparıldı. Rayon rəhbəri müzakirə zamanı, məktəblərdə şagirdlərin mükəmməl təhsili ilə yanaşı, həmçinin onların sosial və mənəvi inkişafı haqqında danışaraq öz tapşırıq və tövsiyyələrini verdi. O cümlədən, qarşıya qoyulan məqsədlərdən biri də təhsil sistemində bilikli şagird yetişdirməklə yanaşı, onların həm də sosial həyata hazırlanmasını təmin etmək olduğunu qeyd etdi.