İtaliya Senatı qaçqın sayını azaltmağa yönələn qanunu təsdiqləyib

İtaliya parlamentinin yuxarı palatası (Senat) hökumətin təqdim etdiyi təhlükəsizlik dekretini təsdiqləyib.

Millətçilik.az TASS-a istinadən xəbər verir ki, 163 millət vəkilinin lehinə, 59-nun əleyhinə səs verdiyi sənədin əsas müəllifi Baş nazirin müavini və daxili işlər naziri Mateo Salvinidir.

Müxalifət və hüquq müdafiəçilərinin ciddi tənqidlərinə məruz qalan dekret ölkəyə gələn qaçqını cinayət törətdiyi halda, yaxud qısa müddətdə də olsa, vətənə qayıtdığı təqdirdə, həmçinin ölkənin milli təhlükəsizliyi baxımdan təhlükəli sayılan əcnəbi mənşəli şəxsləri vətəndaşlıqdan məhrum etməyi nəzərdə tutur.