İstanbulda güclü zəlzələ olub, dağıntı var – FOTO – YENİLƏNİB

İstanbulda baş verən zəlzələ dağıntıya səbəb olub.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, şəhərin Avcılar məhəlləsindəki məscidin minarəsi aşıb.


*** 15:03

Türkiyənin İstanbul şəhərində 6 bal gücündə zəlzələ olub.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası məlumat  yayıb.

Yeraltı təkanlardan vahimələnən sakinlər küçələrə çıxıb. Eyni zamanda məktəblər, xəstəxanalar və ticarət mərkəzləri təxliyyə edilib. Rabitə xətlərində problem yaranıb. Bu səbəbdən zəlzələdən sonra vətəndaşlar yaxınları ilə əlaqə saxlamaqda çətinlik çəkib.

Dağıntılar barədə məlumat verilməyib.