İspaniyaya yağan qar yol hərəkətini çətinləşdirib

İspaniyaya yağan güclü qar bir neçə min avtomobilin hərəkətini çətinləşdirib. Pis hava şəraiti səbəbindən onlarla yol bağlanıb.

Milletcilik.az xəbər verir ki, bu barədə yerli Baş Yol İdarəsinə istinadən RİA “Novosti” məlumat yayıb.

Agentliyin məlumatına görə, daha çətin vəziyyət paytaxt Madridlə ölkənin şimal-qərb hissəsini birləşdirən A-6 və AP-6 yollarında yaranıb. Təqribən 4 min sürücü pis hava şəraiti səbəbindən ötən gecəni yollarda keçirməli olub. Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 250-yə yaxın hərbçi cəlb olunub.

Təkrar güclü qar yağması təhlükəsi ilə əlaqədar olaraq İspaniyanın otuz əyalətində yüksək təhlükə səviyyəsi elan olunub.