İŞİD üzərində tam qələbə əldə edilib

İraqın baş naziri Heydər Əl-Abadi İŞİD üzərində tam qələbə əldə etdiklərini bəyan edib.

Milletcilik.az xəbər verir ki, bu barədə o, keçirdiyi mətbuat konfransında deyib.

“Silahlı qüvvələrimiz tam olaraq İraq-Suriya sərhədində nəzarəti ələ keçirib və bununla da biz İŞİD-ə qarşı müharibənin başa çatdığını bəyan edirik”, – deyə o, əlavə edib.