İranda etirazlar zamanı 20 nəfər ölüb

İranda keçirilən etiraz aksiyaları zamanı bu gecə daha 9 nəfər ölüb.

Bununla da aksiyalarda ölənlərin sayı 20 nəfərə çatıb. Ötən gün təkcə Tehranda 450 nəfərin saxlandığı bildirilir.

Qeyd edək ki, bundan əvvəl İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamhani etirazların arxasında ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanının dayandığını bildirmişdi. O, etirazların bir neçə gündən sonra başa çatacağını deyib.

Xatırladaq ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir.