İrəvanda qarşıdurma gözlənilir – Rusiya xəbərdar etdi

Nikol Paşinyanın çağırış etdiyi kimi Ermənistandakı siyasi böhranın güc yolu ilə həll variantı yolverilməzdir və baş nazir seçkilərinin legitimliyini sual altında qoyacaq. Bu zaman ölkəni daxili, o cümlədən də xarici siyasət sahəsində çox ağır nəticələr gözləyəcək.

Millətçilik.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Vladimir Cabarov deyib.

“Bu cür yolla hakimiyyətə gəlmək olmaz, çünki bu zaman həmin baş nazirin legitimliyi şübhə yaradacaq. Paşinyanın itaətsizlik aksiyasına çağırışı, həyati əhəmiyyətli arteriyaları bloklamaq barədə göstərişindən sonra liderin tərəfdarları ilə polis arasında qarşıdurma ehtimalı çox güclənir”, – Cabarov bildirib.