“iPhone X”la bağlı şok problem!

“Apple”ın yeni “iPhone X” smartfonundan şikayətlər gəlməyə başlayıb.

Milletcilik.az-ın “Phone Arena”ya istinadən verdiyi xəbərə görə, istifadəçilər smartfonun ekranının soyuq havada donduğunu bildirirlər. Belə ki, soyuqda displey toxunuşlara reaksiya vermir.

Artıq “Apple” məsləyə reaksiya verib və problemin tez bir zamanda həll olunacağını bildirib: “Biz qəfildən soyuq mühitə keçdikdə ekranın müvəqqəti olaraq toxunuşlara cavab verməməsi hallarından xəbərdarıq. Bir neçə saniyə sonra ekran fəaliyyətini tam bərpa edir. Problem yaxınlarda gerçəkləşəcək proqram yenilənməsi zamanı həll olunacaq”.

Xatırladaq ki, ABŞ-da “iPhone X”un geri qaytarılması halları qeydə alınıb.