İnsan toxumalarının kütləvi istehsalı üçün bioprinter hazırlanıb

Çin alimləri insan toxumalarını çap edə bilən 3D-bioprinter hazırlayıblar. Yeni qurğunun köməyi ilə dəri, qığırdaq və qaraciyər toxumalarının kütləvi istehsalına başlanması nəzərdə tutulur.

“Tibbi materialların kütləvi istehsalı, yüksək keyfiyyət və çap edilmiş məhsulun təhlükəsizliyi 3D-bioçap texnologiyasının kliniki tətbiqi üçün tələb olunan əsas şərtlərdəndir”, – deyə qurğunun hazırlandığı “Regenovo” şirkətinin idarə heyətinin sədri Syu Minyen bildirib.

Müasir dövrdə toxumaların üçölçülü çapı texnologiyası geniş yayılmayıb. Bazarda olan bioprinterlər böyük ölçülüdür, asta işləyir və toxumaların hər hansı bir növünü çap edə bilir. Bundan başqa, bu qurğular hələlik bütün standartlara cavab verən keyfiyyətli məhsul istehsal edə bilmir.

1,6×1,0×1,9 metr ölçülərə malik olan qurğu müəyyən müddət ərzində biomateriallardan müxtəlif toxumaları yüksək keyfiyyətlə və daha tez hazırlamağa imkan verən ucluqlarla təchiz edilib. Bioprinter müxtəlif temperaturu dəstəkləyə bilir. İstehsal olunan hüceyrələrin keyfiyyətinə printerin daxilində quraşdırılmış xüsusi skaner nəzarət edir. Hazırda qurğu kliniki sınaqlardan keçirilir. Bu səbəbdən onun köməyi ilə çap edilmiş orqanlar dərhal kliniki tətbiqə hazır olmayacaq. Buna baxmayaraq, bioprinterin tezliklə birbaşa təyinat üzrə tətbiq edilməsi planlaşdırılır.