İndonezyadan havaya qalxan sərnişin təyyarəsilə əlaqə kəsilib

İndoneziyanın paytaxtı Cakartanın hava limanından havaya qalxan sərnişin təyyarəsi ilə rabitə kəsilib.

Millətçilik.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, təyyarə “Sriwijaya Air”ə məxsusdur.

Məlumata görə, təyyarə Cakarta-Pontianak reysini həyata keçirirmiş. “Boeing 737-500” təyyarəsinin göyərtəsində 50-dən çox sərnişin var.

İndoneziyanın Nəqliyyat Nazirliyi təyyarə ilə əlaqə kəsiləndən sonra axtarış-xilasetmə işləri başlandığını bildirib.

Şölə Beyləqanlı