İndoneziyada vulkan püskürüb

Aqunq vulkanının püskürməsi səbəbindən Bali aeroportu yerli hakimiyyət tərəfindən qapadılmışdır. 440 reys təxirə salındığından 60 min turist bərələr vasitəsilə qonşu adalara köçürülür. Təhlükəli ərazidən 100 min nəfər şəxsin köçürüləcəyi gözlənilir. Turistlər arasında Azərbaycan Respublikası vətəndaşlarının olması barədə heç bir məlumat yoxdur.