İmişlidə ev yanıb

İmişli rayonunda fərdi yaşayış evi yanıb.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun “Depo” məhəlləsində baş verib.

Belə ki, həmin ünvanda yerləşən, 1980-cı il təvəllüdlü Elnur Ayazxan oğluna Ələkbərova məxsus fərdi yaşayış evində başlayan alov anidən güclənib. Ümumi sahəsi 220 kvadratmetr olan evin 165 metr kvadratmetr sahədə tavan hissəsi və dam örtüyü yanaraq külə dönüb. Hadisə yerinə yanğınsöndürənlər gəlib və yanğın söndürülüb.

Faktla bağlı araşdırmalara başlanılıb.