İlklərə imza atan cənab Prezidentin yaratdığı yeni reallıq

 

Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyev dəfələrlə xalqa etdiyi müraciətlərində,mətbuata müsahibələrində müharibənin baş vermə səbəbləri barədə yerli və xarici ictimaiyyəti məlumatlandırıb.Fevralın 26-da isə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında cənab Prezident bir daha bildirdi ki,otuz il davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan bu məsələni təkbaşına həll etdi.

Müharibəni geridə qoyduqdansonra qarşıda duran quruculuq-bərpa işləri barədə geniş məlumat verən cənab Prezident Azərbaycanın tarixən birgəyaşayış modelinin universal nümunəsi olduğunu qeyd etmişdir.Ölkə başçımız həm də vurğulamışdır ki,düşmənçilik səhifəsi çevrilməlidir.10 noyabr tarixli Bəyanat bunun üçün zəmin yaradır.Bəyanata sadiqlik nümayiş etdirməklə regionda sülh təmin olunacaq.Birgəyaşayışın əsas üsulu əməkdaşlıqdır.Azərbaycanın məqsədi artıq üçtərəfli qaydada-Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası,Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır.Həmçinin cənab Prezident onu da qeyd etmişdir ki, bu baş tutsa Ermənistan da mənfəət əldə edəcək,sülhün xeyrini görəcəkdir.Çünki birgəyaşayış dayanıqlı inkişaf üçün əsas yaradır.Prioritet vəzifələrdən biri uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsidir.

Cənab Prezident onu da vurğulamışdır ki, bu gün atılan addımlar gələcəyə xidmət etməlidir.Biz indi rusiyalı sülhməramlılarınyerləşdiyi sahədə inteqrasiyanın istənilən formasına hazırıq-deyən cənab PrezidentXankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyasını labüd proses hesab etmişdir.

Ölkə başçımız media  nümayəndələrinin diqqətinə onu da çatdırmışdır ki,Azərbaycan böyük investorlar üçün daha maraqlı ölkədir.Belə ki,inşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaqdır.Aeroport ilə yanaşı Şuşa şəhərinə iki avtomobil yolu tikilir.Həmin yollardan birinin adı “Qələbə yoludur”.Nisbətən aran ərazidən keçən digər  yol da aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək.Bu isə o deməkdir ki,xaricdə yaşayan azərbaycanlılar ,həmçinin digər ölkələrin vətəndaşları Qarabağa gəlmək imkanına malik olacaqlar.Qarabağda böyük iqtisadi layihələr icra olunacaq.-deyə dünyaya mesaj göndərən Ali Baş Komandan  onu da qeyd etdi ki,böyük şəhərlərin baş planları tərtib edilir.Bu isə zaman tələb edir.Azərbaycanın yarışacağı əsas tərəf müqabili zamandır.

Cənab Prezident marqalı tərəflərə müraciət edərək bildirdi ki,bütün tərəfdaş və maraq göstərən ölkələr bərpa işlərinə cəlb oluna bilərlər.Dost ölkələrdən olan şirkətlər artıq bərpa işlərinə cəlb olunur.Belə ki,10 min kv km –dən çox ərazi azad edilib .Buna görə də Azərbaycanın bütün dostları üçün kifayət qədər iş var.Bütün dünyanın diqqətinə çatdıraraq cənab Prezident bildirdi ki,böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib.Çoxsaylı və müxtəliftəyinatlı logistik layihələr icra olunacaq. Qarabağ alternativ enerji mənbəyinə çevriləcək.

Cənab Prezident onu da qeyd etmişdir ki,bərpa işləri planlı və sistemli şəkildə aparılacaqdır.Bu isə o deməkdir ki,şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsi prosesi artıq başlanıb.Pilot layihələrin icrası da başlanılıb.Bir layihə- “ağıllı kənd”layihəsi artıq icra olunur.Açıqlama verərək cənab Prezident onu da bildirmişdir ki,Zəngilan rayonunun 3 kəndində-Birinci,İkinci,Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək.Cari ilin sonuna qədər layihə tam başa çatacaqdır.Orada təqribən 1000-ə yaxın insan yerləşəcək.Lazımı infrastruktur qurulacaq,əkin sahələri bərpa ediləcək,insanlar oraya qayıdacaqlar.-deyən cənab Prezident  onu da qeyd etmişdir ki,belə pilot layihələr çox olacaq.Bərpa prioritetləri mütləq olaraq qorunacaq.Ərazilərin bərpa olunması üçün bütün imkanlar səfərbər olunacaq.Dövlətin 2,2 milyard manat investisiyası bir başlanğıcdır.

Mən isə öz növbəmdə bir Azərbaycan vətəndaşı olaraq hər birimizi cənab Prezidentin ətrafında yaratdığımız “Dəmir yumruq”da daha sıx birləşməyə və bu layihələrə öz töhfəmizi verməyə çağırıram və əminliklə  bildirirəm ki,bərpa-quruculuq işlərinin fəal iştirakçısı olacağam.

“Demokratik İnkişafın Təşviqi “ İ B sədri ,

                                                                          hüquqşünas   Çingiz Dadaşov .