İlham Əliyev onlara general rütbəsi verdi – Sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Millətçilik.az sərəncamın mətnini təqdim edir:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Ayaz Binyət oğlu Həsənova

“general-mayor” hərbi rütbəsi

polkovnik Fazil Köçəri oğlu Ağalarova

polkovnik Məmməd Şəmil oğlu Eminova

polkovnik Elçin Xəzənağa oğlu Xəlilova

polkovnik Rauf Arif oğlu İsmayılova

polkovnik Namiq Qasım oğlu Poladova

polkovnik Mübariz Balağa oğlu Rzayevə

polkovnik Niyaməddin Məhərrəm oğlu Tağıyevə.