İcra məmurlarının tələblərini yerinə yetirməyən 337 nəfər barəsində cinayət işi başlanıb

Azərbaycanda ötən bir ildə icra işlərinin sayı 30 faiz artaraq 800 mini ötüb.

 

Milletcilik.az-ın məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə “Azərbaycan” qəzetində işıq üzü görən “Azərbaycan ədliyyəsi yeni inkişaf mərhələsi yaşayır” başlıqlı məqaləsində yazıb.

Ədliyyə naziri qeyd edib ki, görülmüş tədbirlər nəticəsində mülki xarakterli icra sənədlərinin əksər hissəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada icrası təmin edilib: “İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən və icradan yayınan 4 min nəfər inzibati məsuliyyətə cəlb olunub. O cümlədən 2700 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs edilib, 337 nəfər barəsində cinayət işi başlanıb. Nazirliyin İstintaq idarəsində ədalət mühakiməsinə əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı 586 cinayət işinin istintaqı tamamlanıb. Bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı nail olunub”.