İcra məmurlarının maddi təminatı və sosial müdafiəsi gücləndirilir

Azərbaycanda icra məmurlarının maddi təminatı və sosial müdafiəsinin gücləndirilməsi təklif olunur.

Millətçilik.az-ın xəbərinə görə, bununla bağlı “İcra məmurları haqqında” qanuna yeni məzmunda dördüncü hissə əlavə edilir.

Dəyişikliklə, müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərətətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.