Hindistanda koronavirusa yoluxanların sayı 1,5 milyonu ötdü

Hindistanda son sutkada 12 459 nəfərə COVID-19 diaqnozu qoyulub.

Millətçilik.az xəbər verir ki, bunu ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi açıqlayıb.

Bildirilib ki, ölkə üzrə yoluxanların ümumi sayı 1 mln. 531 min 669 nəfərə yüksəlib. Cənubi Asiyanın bu ölkəsində son sutkada 768 nəfər pandemiyanın qurbanı olub. Pandemiya qurbanlarının sayı 34 193 nəfərə çatıb.

Məlumata görə, hazırda xəstəxanalarda 504 447 pasiyent müalicə alır, 988 029 nəfər isə sağalaraq evə buraxılıb.