Hindistan xoşbəxtlik naziri adam öldürməkdə günahlandırılır

Hindistanın Madhya-Pradeş ştatının xoşbəxtlik naziri adam öldürməkdə şübhəli bilinir. Milletcilik.az New York Post-a istinadən xəbər verir ki, məhkəmə siyasətçinin həbsi üçün order vermişdir.

Yerli hakimiyyətin dediyinə görə “Onu polis artıq axtarır. Əminik ki, onun izinə düşə biləcəyik.”

Nəşrin verdiyi xəbərə görə, Lal Sinqh Arya 2009-cu ildə müxalifət siyasətçisinin ölümündə günahlandırılır.

Madhya-Pradeş xoşbəxtik nazirliyinin yarandığı ilk Hindistan ştatıdır. Ştatın 70 milyon əhalisi var və Arya 2016-cı ildə nazir kreslosuna sahib olub.