Gürcüstanın sabiq müdafiə naziri yeni televiziya yaradır

Gürcüstanın sabiq müdafiə naziri David Kezeraşvili yeni televiziya yaradır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

D.Kezeraşvili bildirib ki, yeni televiziya Rusiya təbliğatına qarşı mübarizə aparacaq.

Sabiq nazirin sözlərinə görə, yaradılacaq televiziya platforması heç bir partiya və maraqlara deyil, bütün vətəndaş cəmiyyəti, söz azadlığı və Gürcüstanın tərəqqisinə dəstək verəcək: “ABŞ və Avropadakı doztlarımızla nüfuzlu müşahidə şurasının yaradılması istiqamətində danışıqlara başlamışam. Ümid edirəm ki, tezliklə tanınmış, etibarlı jurnalist və yeni simalardan ibarət güclü komanda formalaşdırılacaq və televiziya qısa vaxt ərzində yayıma hazır olacaq”.

Qeyd edək ki, D.Kezeraşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri olub.