Gürcüstanda yanacaq bahalaşıb

Gürcüstanda son ay yarımda yanacağın qiymətində artım qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

Adi YDM-lərdə yanacaq orta hesabla 30 tetri, brend YDM-lərdə isə 5-8 tetri bahalaşıb.

Birliyin sədri Vano Mtvralaşvili qiymət artımını dünya bazarlarında neft məhsullarının əhəmiyyətli dərəcədə bahalaşması ilə izah edib.